• Siyahınız
    “Müqayisə siyahısı” boşdur
(+994 12) 411 74 11 (+994 50) 850 60 20

Paltaryuyan seçərkən nəyə diqqət edilməli?

Paltaryuyan alarkən ən çox diqqət edilməsi lazım olanlardan biri olan dövr sayı, tamburu bir dəqiqə də neçə dəfə döndüyünü göstərir. Sıxma mərhələsində dövr sürəti yüksələrək paltarlarınızın quru olmasını təmin edir. Dövr sürəti yüksək paltaryuyan maşınlar, sizə daha quru paltarlar təqdim edəcək. Almaz qazana sahib olan paltaryuyan maşınlar, bənzərsiz qazan dizaynı sayəsində geyimlərinizi yumşaq bir şəkildə yuyaraq aşınmasını önləyir. Kiçik su çıxış dəlikləri sayəsində parçaların çölə çıxmasını önləyir və zərər görməsinə mane olur.

Dövr - Paltaryuyan alarkən ən çox diqqət edilməsi lazım olanlardan biri olan dövr sayı, tamburu bir dəqiqə də neçə dəfə döndüyünü göstərir. Sıxma mərhələsində dövr sürəti yüksələrək paltarlarınızın quru olmasını təmin edir. Dövr sürəti yüksək paltaryuyan maşınlar, sizə daha quru paltarlar təqdim edəcək.

Enerji sinifi - Enerji sinfi, məhsulun enerjini nə qədər məhsuldar istifadə etdiyini göstərir. F hərfindən A hərfinə qədər olub, F hərfi ən aşağı, A hərfi isə ən yüksək enerji məhsuldarlığını təmin edən hərflərdir. A enerji sinifi öz içərisində A +, A ++ və A +++ olaraq ayrılır. Məhsulu nə qədər yüksək enerji sinifinə sahibsə o qədər enerji məhsuldarlığına qənaət etmənizə köməkçi olur.

Qısa program - Qisa program xüsusiyyətinə sahib olan paltaryuyan maşınlar, geyimlərinizin ən çox 30 dəqiqə da yuyaraq sizə hazır edir. 15 ilə 30 dəqiqə arasında dəyişən müddətləri sayəsində az miqdar və az çirkli olan paltarlarını sürətli bir şəkildə yumaq olar. (2 kq-dan artıq paltar yükləmək olmaz. )

Eco Silence Drive (Motor)- Mühəndislər tərəfindən inkişaf etdirilən inqilabi motor EcoSilence Drive çox güclü, məhsuldar və uzunömürlüdür. İndiyə qədər paltaryuyanlarda istifadə edilən motorlarla müqayisədə ən üst səviyyədə enerji məhsuldarlığına sahibdir.  Patentli fırçasız motor, sabit bir maqnit sayəsində sürtünmə müqavimətini azaldır, beləcə A enerji sinifindən %34-ə qədər daha çox qənaət edır. Üstəlik AntiVibration yan divarların spiral quruluşuyla birlikdə VarioPerfect paltaryuyanları, ən yüksək sıxma dövründəe belə fısıltı səssizliyində işləyir.

Avtomatik Yük Sensoru - Avtomatik yük sensoru, tambura yerləşdirilən paltar miqdarını təyin edir və buna görə bütün yuma boyunca sadəcə lazım olan qədər su ve enerji sərfiyyatı gerçəkləşdirir.  8 kiloqram tutumlu bir paltaryuyanda 2 kilo paltar yuyulduğunda yalnızca 2 kilo paltar üçün gərəkli su ve enerji sərf edilir. Proqram zamanı da bu yükə görə nizamlanır. Beləcə həm enerji, həm su, həm də zamana qənaət edilir.

Artıq yuyucu tozlardan təmizləmə - Bütün Bosch paltaryuyanlarda olan köpük yoxlama sistemində sensorlar köməyilə yuyucu tozu müəyyənləşdirir və azaldılan tambur hərəkətləri, əlavə durulama dövrəsi ilə bütün yuyucu toz yox edilənə qədər yumaya davam edilir. Artıq yuyucu toz əlavə edilməsinə baxmayaraq paltarlarda yuyucu toz artığı qalmaz. Bu da hər zaman mükəmməl yuma nəticələrini və dəri dostu paltarları təmin edir.

ECARF Sertifikatı - Bu logoya sahib məhsullarımız sahib olduqları proqramlar ve seçimlər sayəsinde alergik təsirlər yarada biləcək polen, heyvan tükü, yuyucu toz qalıntıları kimi  faktorları minimum %99,9 nisbətdə yox edə bilməkdədir. Bosch Paltaryuyanları bu sertifikata layiq görülən ilk məhsullar olma xüsusiyyətinə sahibdir!

Vario Perfect Texnologiyası- VarioPerfect™ texnologiyası, zaman və ya enerji qənaəti seçimini istifadəçinin öhdəsinə buraxır. VarioPerfect paltaryuyanları, EcoPerfect™ seçimiylə %50’ə qədər enerji, SpeedPerfect™ seçimiylə də %65’ə qədər zaman qənaətini təmin edir. Üstəlik demək olar ki, bütün yuma programlarında, hər parça növü və hər yükləmə miqdarı üçün mükəmməl nəticələr təqdim edir.

Çox qatlı su qoruma sistemi- Bosch paltaryuyanlarında çox qatlı su təhlükəsizlik sistemiylə təchiz edilmişdir. Bu sistem, normal işləmə təzyiqinə nisbətdə 7 qat daha çox təzyiqə qarşı dayanıqlılığı test edilmiş su giriş xortumunu, maşındakı səbəbsiz su səviyyəsi yüksəlmələrini əngəlləyən xüsusi daşma-qoruma qurğusunu və işləmə zamanında qapağın açılmamasını təmin edən elektronik kilitləmə mexanizmini daxil edir. Beləcə evinizdə ola biləcək hər cür qəzaya qarşı maşınınız özünü qorumuş olur

Antivibration Design- AntiVibration yan divarlar, gözel bir görünüş məqsədilə hazırlanmışdır. Bu spiral qruluş, tarazlığı artıraraq titrəşimləri azaldır, ən uyğun səs izolyasyası ilə səs-küyü önləyir. Güclü EcoSilence Drive və titrəşim önləyici yan divarlar sayəsinde Bosch paltaryuyanları çox səssiz işləyir.

Avtomatik ləkə çıxarma - Avtomatik ləkə çıxarma proqramı qan, yağ, şokolad, yumurta, qəhvə, çay, kosmetika, şərab, torpaq, çəmən, corab çirki, tər, portağal, pomidor, çiyələk kimi ən inadçı 16 fərqli ləkənin tamamilə yox edilməsini təmin edir. Sadəcə dialoq ekran üzərindən əlaqədar ləkə növünü seçməniz yetərlidir. Maşın, yuma programı başlamadan öncə suyun istiliyini, tambur dövrünü və islatma vaxtını seçdiyiniz ləkə növünə görə avtomatik olaraq nizamlanır.

İ-Dos - Yuyucu tozu əllə nizamlayarken doğru miqdarı tapmaq asan deyil. Ya gərəyindən az, ya da gərəyindən çox yuyucu toz istifadə edilir. Bu da təmizlənməmiş paltarlara ya da təbiətə zərər verməmizə səbəb olur. Bunu önləmək istəyən Bosch mühəndisləri, ağıllı dozaj sistemi i-DOS texnologiyasını inkişaf etdirib. i-DOS paltaryuyanı, hər yumada nə qədər yuyucu toz istifadə edəcəyini bir çox məlumatı yoxlayaraq avtomatik olaraq müəyyən edir.

Filter
Tapılıb 5 
Təsdiq edin
İstək siyahısına məhsul əlavə etmək üçün, sizə giriş etmək lazımdır